“AMAY” Abdullaya hökm oxundu - 13 il

amay-abdullaya-hokm-oxundu
Oxunma sayı: 1968

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “A.M.A.Y” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Abdulla Abdullayev 13 müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.

Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ( külli miqdarda mənimsəmə) ilə təqsirləndirilib.

Murad Əhməd