Ailənin 6 üzvü dəm qazından zəhərləndi - Biri öldü

ailenin-6-uzvu-dem-qazindan-zeherlendi-
Oxunma sayı: 1238

Dünən Bakıda yaşayan bir ailənin bütün üzvləri dəm qazından zəhərləniblər.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib.

Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.

Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

Murad Əhməd