Ağır qəzada sürücü öldü- - 4 yaşlı uşaq ağır yaralandı

agir-qezada-surucu-oldu-
Oxunma sayı: 1573


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomaşınla "Mercedes"-in toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

42-BL-729 dövlət nişanlı "VAZ-2107" avtomobilinin sürücüsü 1938-ci il təvəllüdlü Məmmədov Hidayət Xəlil oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. 2011-ci il təvəllüdlü Məmmədova Zeynəb Ruslan qızının dalağı partladığından təcili olaraq əməliyyata alınıb.

42-BA-422 dövlət nişanlı "Mercedes" markalı avtomaşının sürücüsü Xolməli kəndinin sakini Hüseynov Fail Xudaverdi oğlu isə qəza nəticəsində xəsarət almayıb.

“Qafqazinfo”