Ağdaşda yanğın - 5 yaşlı uşaq öldü

agdasda-yangin
Oxunma sayı: 1595

Ağdaş rayonunda yanğın olub.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 1690 kv.m olan ikimərtəbəli binanın ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.