Ağcabədidə ev yandı

agcabedide-ev-yandi
Oxunma sayı: 633

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi 71 m2 olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının çardağının yanar konstruksiyaları 51 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.