Ağcabədidə ev yandı

agcabedide-ev-yandi
Oxunma sayı: 919

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcəbədi rayonu, Şənlik kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 3 tonu yanıb.

Ev və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.