Ağcabədidə ev yandı

agcabedide-ev-yandi
Oxunma sayı: 1059

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 9 kv.m və dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.