Livanda İsrail agentləri həbs edilib

livanda-israil-agentleri-hebs-edilib
Oxunma sayı: 1004

Livan təhlükəsizlik xidmətinin əməkdaşları ölkə ərazisində İsrail kəşfiyyat orqanı "Mossad"ın xeyrinə məlumat toplayanları həbs edib.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindən yayılan bəyanatda bildirilib.

Məlumata görə, həbs edilənlər arasında iki Livan vətəndaşı, qaçqın statusu olan fələstinli və iki nepallı var. 

Təqsirləndirilən şəxslər dindirmə zamanı topladıqları məlumatları İsrailin Nepal, İordaniya, Böyük Britaniya və Türkiyədəki səfirliklərinə ötürdüklərini etiraf ediblər.