“AA” qeydiyyat nişanlı maşın qadını vurdu

aa-qeydiyyat-nisanli-masin-qadini-vurdu
Oxunma sayı: 2109

Siyəzən rayonunda piyadanı maşın vurub.

QafqazinfoReport-a istinadən xəbər verir ki, hadisə Siyəzən-Zarat yolunun Beşdam kəndi ərazisindən keçən 11-ci km-də baş verib.

Belə ki, Siyəzən rayonu, Beşdam kənd sakini, 1979-cu il təvəllüdlü Cəfərova Bibixanım Elman qızı yolu keçmək istəyərkən "53-AA-076" dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı minik maşını tərəfindən vurulub. Sürücünün kimliyi barədə hələlik məlumat yoxdur.

Xəstəxanadan verilən məlumata görə, xəstə müştərək qapalı kəllə-beyin travması, alın nahiyəsinin çapılmış yarası, aşağı ətrafların sıyrılmış yaraları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.

Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.