9 mərtəbənin damına çıxaraq özünü atmaq istədi - Bakıda

9-mertebenin-damina-cixaraq-ozunu-atmaq-istedi
Oxunma sayı: 2908

Bakıda bir nəfər intihara cəhd edib. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə doqquzmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısını alıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.