9-cu mərtəbədən düşən qadın təzə ana olubmuş... - Yenilənib

9-cu-mertebeden-dusen-qadin-teze-ana-olubmus
Oxunma sayı: 5389

Bakıda 19 yaşlı qız faciəli şəkildə ölüb.

"Qafqazinfo" xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi ev 56, mənzil 27 ünvanında qeydə alınıb. Orada yaşayan 1997-ci il təvəllüdlü Sərfinaz Salman qızı Əsgərova yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gecə Bakının Suraxanı rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində yerləşən binanın 9-cu mərtəbəsindən yıxılan 19 yaşlı Sərfinaz Əsgərovanın yaxınları bildirib ki, hadisə paltar sərərkən baş verib. Belə ki, keçən il ailə həyatı qurmuş və bir neçə ay əvvəl ana olan Sərfinaz yuduğu paltarları eyvanın qarşısından çəkilpiş ipə sərərkən başı gicəllənib və yıxılıb. O, hadisə yerindəcə keçinib. 19 yaşlı qızın qan azlığından əziyyət çəkdiyi ehtimal edilir.