85 yaşlı kişini yerə yıxıb... - Ağdamda evə basqın

85-yasli-kisini-yere-yixib-
Oxunma sayı: 1446

Ağdam rayonunda evə basqın edən 2 nəfər orada yaşayan qocanı döyüblər.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 4-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən 2 naməlum şəxs ev sahibini yerə yıxaraq əlləri ilə boğazından tutub, lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.

Ayxan Əliyevin və Ülvi Əhmədovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların fevralın 17-də rayon ərazisindəki 1 mağazadan 300 manat pul və tütün məmulatı, habelə Quzanlı qəsəbə sakini Afiq Abbasovla birgə elə həmin gün daha 1 mağazadan 210 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaları da müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Abbasov da tutulub.

Murad Əhməd