76 yaşlı qadını maşın vurdu

76-yasli-qadini-masin-vurdu
Oxunma sayı: 879

Masallıda ağır yol-nəqliyyat qəzası baş verib.

Qafqazinfo" href="http://www.qafqazinfo.az/etrafli-axtaris?search_word=Qafqazinfo" target="_blank">Qafqazinfo”nun APA" href="http://www.apa.az" target="_blank">APA-ya istinadən məlumatına görə, hadisə iyunun 26-da axşam saatlarında rayonun Bədəlan kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini, 1940-cı il təvəllüdlü Gülçöhrə Məşədi qızı Fəttayevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Fəttayeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin yaxınlarının təkidi ilə Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.