71 cinayət faktı qeydə alınıb, 42 nəfər tutulub - Statistika

71-cinayet-fakti-qeyde-alinib-42-nefer-tutulub
Oxunma sayı: 922

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a daxil olan məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.