7 yaşlı uşağı maşın vurdu - Fotolar

7-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 3141

Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə rayonun Tasmalı kəndində qeydə alınıb.

Belə ki, Qax rayon sakini, 1990-cı il təvəllüdlü Aqşin Oruc oğlu Şərifov idarə etdiyi "Ford" markalı, 90-KS-959 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən 7 yaşlı Rizvan Xəzər oğlu Yasıbəylini vurub. Uşaq sürücünün və kənd sakinlərinin köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.