65 yaşlı kişini it dişlədi - Ağdamda

65-yasli-kisini-it-disledi
Oxunma sayı: 1006

Ağdamda 65 yaşlı kişini it dişləyib.

Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun köçkünlərin məskunlaşdığı Qasımbəyli qəsəbəsində qeydə alınıb.

Adığözəlov Əkbər Əvəz oğlu,Ağdam Mərkəzi Rayon Xəstəxanasına, sol əlin cızılmış, dişlənmiş yarası ilə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən xəbərə görə Ə. Adığözəlovun quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.