65 yaşlı kişi sirkə turşusu içib öldü

65-yasli-kisi-sirke-tursusu-icib-oldu
Oxunma sayı: 1327

Qax rayon sakini sirkə turşusu içərək ölüb.

QafqazinfoReport-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhəri, Yunus Əmrə küçəsi, ev 15 ünvanında baş verib.

Belə ki, həmin evin sakini, 1951-ci il təvəllüdlü İlidon Pavlioviç Babacanaşvili naməlum səbəblərdən sirkə turşusu içib. Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 65 yaşlı İlidon Babacanaşvili reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlidon Babacanaşvilinin hansı səbəblərdən sirkə turşusu içməsi aparılacaq araşdırmalardan sonra bilinəcək.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.