60 yaşlı kişi həyətində marixuana əkib-becərdi - 5 kiloqramla tutuldu

60-yasli-kisi-heyetinde-marixuana-ekib-becerdi-
Oxunma sayı: 2051

Bakıda həyətində narkotik vasitə əkib-becərən şəxs saxlanılıb. Saxlanılan şəxsin evindən 5 kiloqramdan artıq qurudulmuş marixuana götürülüb.

Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini 60 yaşlı Vahid Bəhramov tutulub. Polis əməkdaşları saxlanılan şəxsin Bülbülə qəsəbəsindəki yaşadığı evə baxış oradan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və çətənə kolları aşkarlayıblar.

Saxlanılaraq idarəyə gətirilən Vahid Bəhramov dindirilərkən narkotiki öz istifadəsi üçün əkib-becərdiyini bildirib.

Lakin Vahid Bəhramovun evində narkotik vasitələri ölçmək üçün istifadə edilən tərəzinin tapılması onun narkotik maddələri hansı məqsədlərlə saxladığı bəlli olub.

Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.