58 yaşlı kişi bıçaqlandı

58-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 990

Tovuz rayonunda 58 yaşlı kişi mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Düzçırdaxan kəndində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü, Mehdiyev Telman Mehman oğlu, hələ ki, kimliyi bilinməyən şəxslə mübahisə edib. Bu zaman qarşı tərəf onu bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağır olaraq qalır.

Polis hadisənin kim tərəfindən törədildiyi və səbəbi istiqamətində araşdırmalar aparır.