53 yaşlı kişini bıçaqladılar

53-yasli-kisini-bicaqladilar
Oxunma sayı: 864

Lənkəran rayonunda 53 yaşlı kişi bıçaqlanıb.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1964-cü il təvəllüdlü Gülbala Fail oğlu Hüseynov ailə münaqişəsi zəmnində bıçaqlanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, G.Hüseynov əməliyyat olunub, vəziyyəti orta-ağırdır. O, çoxlu qan itirib.

Faktla bağlı araşdırmalar başlayıb.