5-ci mərtəbəyə çıxıb intihar etmək istədi

5-ci-mertebeye-cixib-intihar-etmek-istedi
Oxunma sayı: 2873

Bakıda bu axşam bir nəfər intihara cəhd edib. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yaşadığı doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanına çıxması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmış və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:13-də başa çatıb.