4 otaqlı ev yandı

4-otaqli-ev-yandi
Oxunma sayı: 643

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın Şəmkir rayonunun Bayramlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli evdə qeydə alınıb.

Yanğın nəticəsində 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.