39 yaşlı kişi təsadüfi mübahisə zamanı bıçaqlandı

39-yasli-kisi-tesadufi-mubahise-zamani-bicaqlandi
Oxunma sayı: 1261

Dünən axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Aşağı Kürkənd kəndinin sakini, 1978-ci ildə anadan olmuş Heydərov Elşən Ağamirzə oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilərək üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Yaralının bildirdiyinə görə, ona tanımadığı şəxs təsadüfi mübahisə zəminində 2 bıçaq zərbəsi vurub. Hazırda həkimlər xəstənin vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.