31 yaşlı kişi özünü qəbiristanlıqda asdı

31-yasli-kisi-ozunu-qebiristanliqda-asdi
Oxunma sayı: 2075

Bakıda intihar hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 6, küçə 5, ev 26 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Elvin İzzətəli oğlu Həmidov qəsəbə qəbiristanlığına gələrək özünü ərazidən keçən işıq dirəyindən asıb.

Asılmış meyit ərazidən keçən kənd sakinləri tərəfindən aşkar edilib.

31 yaşlı kişinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.