3 otaqlı evdə yanğın

3-otaqli-evde-yangin
Oxunma sayı: 750

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib.

Evin 1-ci mərtəbəsində məişət qaz balonunun alışması nəticəsində bir otağın ev əşyaları 12 kv.m sahədə yanıb, yüksək temperaturdan otağın və dəhlizin tavanı 17 kv.m sahədə qarsalanıb.