3 otaqlı ev yandı

3-otaqli-ev-yandi
Oxunma sayı: 760

Ağstafa rayonunda ev yanıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə Həsənsu kəndində baş verib.

Nəticədə ümumi sahəsi 100 m² olan kürsülü, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evə bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub.