3 kq qızıl oğurlayan tutuldu

3-kq-qizil-ogurlayan-tutuldu
Oxunma sayı: 1466

Qızıl mağazalarından birindən 3 kq qızıl əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayonunun Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.