3,4 milyonluq dələduzluq edənlərə hökm oxundu - 16 illik cəza

34-milyonluq-deleduzluq-edenlere-hokm-oxundu-
Oxunma sayı: 2385

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlər Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə L.Abdullayev 18 il, E.Qasımov və P.Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyevə şərti cəza verilib.

Qeyd edək ki, ittihama görə, adıçəkilən şəxslər 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində T.Zülfüqarovun idarə etdiyi avtomobilin qarşısını kəsərək özlərini Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. T.Zülfüqarovu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçiriblər. Daha sonra onlar T.Zülfüqarovu "Ulduz" metrostansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri günü bölüşdürdükdən sonra ölkədən çıxıblar.

Murad Əhməd