29 yaşlı kişi intihara cəhd etdi - Salyanda

29-yasli-kisi-intihara-cehd-etdi
Oxunma sayı: 1080

Bu gün səhər saatlarında Salyan rayonunun Yeni Uluxanlı kəndində intihara cəhd hadisəsi baş verib.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, 1988-ci ildə anadan olmuş kənd sakini Quliyev Mahir Ağəddin oğlu qayınatasının evində sirkə turşusu içərək intihara cəhd edib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Mahir Quliyevə tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Hələlik intiharın hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.