26 yaşlı gənc özünü bıçaqladı

26-yasli-genc-ozunu-bicaqladi
Oxunma sayı: 1309

Ağstafa sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Xəqani İsgəndərov qarının daxilə keçən bıçaq yarası xəsarəti ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. X. İsgəndərovun qohumları onun özü-özünü bıçaqladığını bildiriblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.