22 yaşlı oğlan intihar etdi

22-yasli-oglan-intihar-etdi
Oxunma sayı: 2763

Bakıda intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Sadiq Məmmədli özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.