21 baş qaşqaldaq ovlamışdı, saxlanıldı - Fotolar

21-bas-qasqaldaq-ovlamisdi-saxlanildi
Oxunma sayı: 2651

Sabirabad rayonunda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb.

Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Qasımbəyli kənd sakini Yusif Əhmədov yerli polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə aparılan reyd zamanı tutulub.

Ondan qanunsuz olaraq ovladığı 21 baş qaşqaldaq və 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis şöbəsində araşdırma aparılır.