Sabirabad rayonunda qanunsuz ovla məşğul olan şəxs saxlanılıb.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Qasımbəyli kənd sakini Yusif Əhmədov yerli polis şöbəsinin əməkdaşları tərəfindən ərazidə aparılan reyd zamanı tutulub.
Ondan qanunsuz olaraq ovladığı 21 baş qaşqaldaq və 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Sabirabad Rayon Polis şöbəsində araşdırma aparılır.