20 yaşlı oğlan intihar edib

20-yasli-oglan-intihar-edib
Oxunma sayı: 2567

Bakıda intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cəfərov Qaz Emalı Zavoduna məxsus evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.