20 yaşlı gənc özünü həyətdə öldürdü

20-yasli-genc-ozunu-heyetde-oldurdu
Oxunma sayı: 1921

Saatlı sakini özünü asaraq intihar edib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, intihar hadisəsi saat 23.00 radələrində Saatlı rayonunun Əhmədbəyli kəndində baş verib. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Əsgərov Cahid Mail oğlu həyətlərində yerləşən talvardan özünü asaraq intihar edib. Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.