2,5 ton ot yandı

25-ton-ot-yandi
Oxunma sayı: 799

Salyan rayonunda yanğın olub.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumatına görə, rayonun Aşağı Noxudlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.