17 yaşlı qızı başını kəsəcəyi ilə hədələyib zorladı - Bakıda

17-yasli-qizi-basini-keseceyi-ile-hedeleyib-zorladi-
Oxunma sayı: 8935

Bakıda gənc qız yaşadığı ünvanda tanışı tərəfindən zorlandığını bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, polisə müraciət edərək bu barədə məlumat verən Bakı şəhər sakini 1998-ci il təvəllüdlü S.A tanışının onu hədələyərək zorladığını deyib.

17 yaşlı qız bildirib ki, bir neçə gün öncə səhər saat 06 radələrində yaşadığı ünvanda Naxçıvan şəhər sakini 1995-ci il təvəllüdlü R.A onu bıçaqla başını kəsib öldürəcəyi ilə hədələyib. Bundan sonra isə onunla zorla cinsi əlaqədə olub.
Müraciətlə bağlı araşdırma aparılır.

Murad Əhməd