17 yaşlı gənci maşınla vurub qaçdı

17-yasli-genci-masinla-vurub-qacdi
Oxunma sayı: 1255

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada 17 yaşlı Rəşad Cəlilovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Həkimlər Rəşad Cəlilovun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar araşdırmalara başlanılıb.