15 nəfərin öldüyü yanğında 3 milyonluq ziyan

15-neferin-olduyu-yanginda-3-milyonluq-ziyan
Oxunma sayı: 1279

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Cinayət işinin materialları arasında olan ekspert rəyi elan olunub. Rəydə qeyd olunub ki, binanın yanması nəticəsində ümumi olaraq 2,9 milyon manat ziyan dəyib.

Proses davam edir.

***

İclasda elan olunan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilib ki, üzlüklərin alınmasında istifadə olunan avadanlıqlara kənar müdaxilə qeyri-mümkün olub. Bunun səbəbi isə xammalın qapaqlarının germetik bağlanan plomblanmış çənlərdə olmasıdır. 

Rəyə əsasən, yanğının mənbəyi binaya bitişik yerləşən qeyri-yaşayış sahəsinin damının üstündə, binanın divarından 70-80 sm ara məsafədə yerləşib. 

Məhkəmə prosesi dekabrın13-də davam etdiriləcək.

Murad Əhməd