12 yaşlı uşaq hündürlükdən yıxılıb

12-yasli-usaq-hundurlukden-yixilib
Oxunma sayı: 1508

Tovuz rayonunda 12 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Bozalqanlı kəndində baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Tanrıverdiyev Amin Ramin oğlu yaşadığı evdə oyun oynarkən hündürlükdən yıxılaraq sağ ayağını qırıb. Yaralı yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən 12 yaşlı uşağın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.