11-ci sinif şagirdi faciəvi şəkildə öldü

11-ci-sinif-sagirdi-facievi-sekilde-oldu
Oxunma sayı: 3299

Bu gün günorta saatlarında Neftçala şəhərində yerləşən Qobu adlanan göldə 16 yaşlı oğlan boğulub.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala şəhər 2 saylı orta məktəbin 11-ci sinif şagirdi Sadıqov Ayxan Yalçın oğlu yoldaşları ilə birgə “Qobu”da çimərkən batıb.

Hadisə şahidlərinin dediyinə görə, Ayxan bir sahildən uzaq məsafədə yerləşən digər sahilə üzmək istəyərkən suda boğulub.

Onun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılıb sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.