1 nəfər mənzildə, 2 nəfər liftdə köməksiz qaldı

1-nefer-menzilde-2-nefer-liftde-komeksiz-qaldi
Oxunma sayı: 626

Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıb.

Əməliyyat saat 19:06-da başa çatıb.

***

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıb.

Əməliyyat saat 19:10-da başa çatıb.

 

***

Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyin əməkdaşları hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşı döşəmədə halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:48-də başa çatıb.