“07” “Niva”yla toqquşdu - 3 yaralı

07-nivayla-toqqusdu
Oxunma sayı: 1392

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

“Niva” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində “Niva” nın sürücüsü, Qovlar şəhər sakini 1974-cü il təvəllüdlü Müşviq Əliyev və “VAZ”ın sürücüsü və sərnişini, Bayramlı kənd sakinləri iki qardaş 1986-cı il təvəllüdlü Məsim və 1992-ci il təvəllüdlü Əlixan Ələsgərovlar müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faklta bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.