“07” ağaca çırpıldı - Sürücü öldü

07-agaca-cirpildi-
Oxunma sayı: 1794

Bu gün Quba-Xaçmaz yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, qəza yolun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 90 MC 745 dövlət nömrə nişanlı Niftəliyev Vasif Abdulla oğlunun idarə etdiyi “VAZ 2107” markalı maşın ağaca çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.