“06” “Mercedes”lə toqquşdu - Yaralı var

06-mercedesle-toqqusdu-
Oxunma sayı: 1175

Sabirabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sabirabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “Vaz-2106”markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 54 yaşlı Vurğun Məmmədhüseyn oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilib.