Xaliq Faiqoğlu şirkəti avtobus sürücülərini mükafatlandırdı - Fotolar

-xaliq-faiqoglu-sirketi-avtobus-suruculerini-mukafatlandirdi-
Oxunma sayı: 5115

Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən “Xaliq Faiqoğlu” MMC  nümunəvi fəaliyyəti ilə seçilən, nizam-intizam qaydalarına riayət edən sürücüləri mükafatlandırıb. “Bakı Kart” elektron ödəniş sistemində fəaliyyət göstərən 18,61,65,79,85 və 96 saylı xəttlərdə çalışan sürücülərin fəaliyəti, sərnişinlərlə rəftarı, yol-hərəkəti qaydalarına riayət olunması araşdırılıb və seçilən sürücülərin hər birinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının və mətbuat nümayəndələrinin iştirakı ilə keçən tədbirdə şirkətin rəhbəri Faiq Seyidov şirkətin 10 il ərzində keçdiyi inkişaf mərhələsi, xüsusilə 2016-cı ildə görülən işlər barədə məlumat verib,  Bakı Nəqliyyat Agentliyinin (BNA) yaradılması ilə son 1 il ərzində Bakı şəhərində sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən islahatlarda “Xaliq Faiqoğlu” şirkətinin yaxından iştirak etdiyini xüsusi vurğulayıb.

F.Seyidov bildirib ki, BNA tərəfindən görülən tədbirlər, sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklər nəticəsində uzun illərdir bu sahədə ciddi problemlərdən biri olan sürücü probleminin həllini sürətləndirib, sürücü-sərnişin münasibətləri müsbət mənada inkişaf edib. Belə ki, elektron ödəniş sisteminə keçid, avtobuslarda quraşdırılan videomüşahidə sistemi, sürücülərlə mütəmadi aparılan maarifləndirici işlər artıq öz nəticəsini verməkdədir.

F.Seyidov onu da əlavə edib ki, bu gün sürücülər üçün hər cür şərait yaradılıb. Şirkət tərəfindən yeni, müasir avtobuslar alınıb, sürücülər xüsusi geyimlə təchiz olunub, tibbi və texniki təlimlərə cəlb olunublar. Sürücülərin seçim qaydası ciddi şəkildə aparılır, yaş həddi, müvafiq kateqoriya, iş təcrübəsi əsas götürülür. Ümumiyyətlə 2017-ci ilin I rübü ərzində şirkətin istismarında olan xəttlərdə avtobuslar tamamilə yenilənəcək.

Fotolar: Nuran