“Veysəloğlu” jurnalistləri istirahətə apardı

veyseloglu-jurnalistleri-istirahete-apardi
Oxunma sayı: 2230

“Veysəloğlu” Şirkətlər Qrupu milli mətbuatın yaranmasının 141 illiyi münasibəti ilə bir qrup KİV nümayəndələrinin Şamaxı və İsmayıllı rayonlarına 2 günlük media turunu təşkil edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov səfərdə iştirak edib.

O, bütün jurnalistləri bir daha Milli Mətbuat günü münasibəti ilə təbrik edib, onlara bu çətin və şərəfli yolda uğurlar arzulayıb. Səfərdə iştirak edən jurnalist heyəti “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə təşəkkürünü bildirib.