“Vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz” - Deputatdan sərt açıqlama

vergi-ve-gomruyun-hesabina-budceni-doldurmaq-olmaz
Oxunma sayı: 3604

“Vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz. İnsanlara yaxşı yaşamaq üçün şərait yaratmaq lazımdır”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

“Mən bayaq da qeyd etdim ki, pay torpaqlarının istifadə edilməyən bir hektarına görə 1000 manat cərimə ödəmək lazımdı. Əgər kiminsə 5 hektar torpağı varsa, o, 5000 manat ödəməlidir. Necə ödəsin? Mən əminəm ki, bu qanun işləməyəcək. Cənab prezident əminəm ki, onu geri qaytaracaq. İndi antidempinq məsələsi də elədir. Böyük avadanlıqlara da bunu tətbiq etmək olar. Amma geyim məsələsində çətinlik yaranacaq. Outlet deyilən bir məsələ var. Oradan ucuz geyimləri alıb gətirirlər. Bu da gələcəkdə problemlər yaradacaq”- deyə qeyd edib.

Spiker Oqtay Əsədov isə Çingiz Qənizadənin çıxışına belə reaksiya verib:

“Mən adətən sizə az irad tuturam. Prezidentin adından əminliklə danışmaq düzgün deyil. Bura Milli Məclisdir. Danışanda fikirlərimizə diqqət yetirmək lazımdır”.

Günel Türksoy