Venesuela və İran arasında növbəti neft danışığı olub

venesuela-ve-iran-arasinda-novbeti-neft-danisigi-olub
Oxunma sayı: 932

Venesuela və İran neftin qiymətini sabitləşdirə və OPEK-i gücləndirə biləcək vasitələr üzrə konsensus axtarmağı davam edirlər.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdən sonra bildirib.

“Biz neft bazarının sabitləşdirilməsi, neft sənayesinin gücləndirilməsi, OPEK-in gücləndirilməsi məsələsində ümumi zəmin tapmağa və konsensusa nail olmağa çalışırıq”, - deyə Maduro bildirib.

O, həmçinin Venesuelanın neft və XİN rəhbərlərinin məsələ ilə bağlı mühüm bəyanatlar verəcəklərini qeyd edərək detalları açıqlamayıb.