Vaxt bu gün bitir - Nə sürpriz olacaq?

vaxt-bu-gun-bitir-
Oxunma sayı: 3170

Ölkə başçısının Tarif Şurasına qəbul və sınaq imtahanlarının qiymətinin müəyyən edilməsi ilə bağlı verdiyi 15 günlük vaxt bu gün bitir.

Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə ekspert Kamran Əsədov məlumat yazıb: “Bu Tarif Şurası heç vaxt iş günü işləmir. Ya şənbə, bazar günü qərar qəbul edib, ya da saat gecə 12-dən sonra. Özü də xoş qərar qəbul etməz. Baxaq görək, təhsil ictimaiyyətini hansı sürpriz gözləyir”.

Günel Türksoy